Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 13-də Yevlax şəhərində vətəndaşları qəbul edəcək. Lent.az-ın məlumatına görə, nazirin qəbulunda Yevlax, Ucar, Kürdəmir, Ağdaş, Göyçay, Şamaxı, Qobustan və Ağsu rayonlarında, həmçinin, Mingəçevir şəhərində yaşayan vətəndaşlar iştirak edəcəklər.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlaya bilərlər.