Hüseyn Bağırov türkiyəli nazirlə görüşüb
11 aprel 2013 12:23 (UTC +04:00)

Hüseyn Bağırov türkiyəli nazirlə görüşüb

Türkiyə Respublikasının meşə və su işləri naziri Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, bu gün Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla birlikdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, sonra şəhidlər yad olunub.


Daha sonra nümayəndə heyətinin  görüşü baş tutub. Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində ümumi əməkdaşlıq məsələləri, su ehtiyatlarının və meşələrin idarə olunmasının günün tələbləri səviyyəsində təşkili və başqa məsələlər müzakirə edilib.

Xatırladaq ki, nümayəndə heyətinin  səfəri aprelin 13-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar