“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, aparılan təmir işləri Bakıda keçiriləcək Avropa Oyunları ilə əlaqədardır.
P. Mürsəliyev bildirib ki, Bağırov körpüsünün alt hissəsində tuneldə görülən işlər əsasən alkopanların dəyişdirilməsindən, yol cizgiləri və yol göstərici xətlərinin yenidən rənglənilməsindən və tuneldə bir sıra təmizlik işlərinin həyata keçirilməsindən ibarətdir.
Qurum rəsmisinin sözlərinə görə, görülən işlərin sabah günorta saatlarına qədər yekunlaşması gözlənilir.