Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır
26 dekabr 2014 12:01 (UTC +04:00)

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

0

 

Bu gün Bakıda daha bir mərkəzi küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

 

P. Mürsəliyevin sözlərinə görə, bu axşam saat 22:00-da Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsindən “Bağırov” körpüsünə qədər olan hissəsində gediş və gəliş olmaqla nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

O bildirib ki, bağlanan yolda üfüqi nişanlanma işləri həyata keçiriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar