Həyatdan gedən zaman
04 iyul 2013 13:21 (UTC +04:00)

Həyatdan gedən zaman

Zaman keçir lakin, Ermənistan hakimiyyətinin dəyişilməz aqressiv mövqeyi ölkəni uçuruma yuvarlamaqda davam edir. Baxmayaraq ki, güvənilən dostlar erməniləri həyati məsələlərdə zərbə altında qoydu ancaq yenə də götürülən aqressiv siyasi xəttin davam etdirilməsi ermənilər üçün bumeranq effekti yaradacaqdır. Daxildə əhalinin tələblərinə və real vəziyyəti nəzərə alınmayaraq həyata keçirilən siyasət Erməni hakimiyyəti üçün ağır sonluqla yekunlashacaqdır. Hətta məsələnin gərginliyini dərk edən Dağlıq Qarabağdakı separatist qüvvələrin belə Qarabağın Azərbaycana birləşməsi haqqında bəyanatlar verməyə başlaması erməni hakimiyyəti üçün açıq siqnal rolunu oynamalıdır. Ermənistan daxilindəki qüvvələr artıq həyata keçirilən aqressiv siyasətin nəticəsi kimi ölkənin suverenliyinin saxlanılması reallığı qarşısında qalmışlar. Ölkədə həyat səviyyəsinin aşağı düşməsi, əhalinin sabaha inamsızlığı, ölkədə emiqrasiyanın artması o cümlədən ölkədə ekoloji problemlərin yaranması hakimiyyəti konkret addımlar atmağa vadar etdiyi bir vaxtda hakimiyyətin sadəcə öz aqressiv siyasətini davam etdirərək öz maraqları baxımından siyasət yeritməsi ölkəni uçurumun kənarına gətirmiş oldu. Bu işdə həmçinin Azərbaycanın təcridçilik siyasətinin də rolunu qeyd etmək zəruridir. Regionda baş həyata keçirilən layihələrdən Ermənistanın kənarlaşdırılması ölkənin tamamilə yoxsullaşmasına səbəb oldu. Ermənistan daxilindəki demokratik qüvvələr artıq bunu dərk edərək Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının Ermənistan dövlətinin və dövlətçiliyinin saxlanılması kimi şərh etməyə başlamışlar. Əks halda əhalinin ölkədə kütləvi köçü başlayacaq və dövlət süquta uğramış olacaqdır. Zaman gedir və Erməni hakimiyyəti artıq yaranan siyasi reallığı dərk edərək qərar verməlidir.

 

Hümbətov Tural

Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İ.B.

Baş katib

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Oxşar yazılar