Hərbi qulluqçuların maaşları artırıldı - SƏRƏNCAM
30 avqust 2013 19:33 (UTC +04:00)

Hərbi qulluqçuların maaşları artırıldı - SƏRƏNCAM

Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2237
avatar

Oxşar yazılar