Bu gündən hərbi liseylərə ərizə qəbulu başlayır. Bu barədə Lent. az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Ərizələr aprelin 15-dən etibarən Sənəd Qəbulu Komissiyalarına təqdim edilməlidir.
Qəbul iyunun 25-dək davam edəcək.
Qeyd edək ki, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılacaq. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunan həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən test imtahanı verilməlidirlər.