Hərbçilərə verilən mənzillərin sayı açıqlandı
31 may 2013 12:52 (UTC +04:00)

Hərbçilərə verilən mənzillərin sayı açıqlandı

“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun qəbul edildi

 

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsi müzakirəyə çıxarılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında heç bir problem yaranmır.

 

Ziyad Səmədzadə bildirib ki, Maliyyə Nazirliyi və Hesablama Palatası ilə bir hesablama aparıblar: “Gəlirlər 23 maddədən ibarətdir, 4 maddə üzrə kəsir var. Büdcə xərclərinin icrası ilk dəfə 98 faiz olub. Nəzərdə tutulan proqramların həyata keçirilməsi bütövlükdə əhalinin gəlirlərinin artmasını şərtləndirib. Neft gəlirləri kifayət qədərdir. Kənd təsərrüfatında davamlı iqtisadi inkişafı təmin etmək üçün vəsaitlərin ayrılması davam etdirilib. Borclanma ilə bağlı Azərbaycan dövlətinin heç bir dövlət qarşısında problemi yaranmayıb və 2012-ci ildə Azərbaycan bu parametrə görə də MDB məkanında və dünyada öndə gedən ölkələrdən biridir. Dünyada ən az büdcə kəsri olan ölkələrdən biri də məhz Azərbaycandır. Bu günlərdə bir mötəbər tədbirdə amerikalı ekspertlər də bunu xüsusi qeyd edirdilər”.

 

Maliyyə naziri Samir Şərifov deyib ki, 2012-ci ildə makroiqtisadi dayanıqlıq qorunaraq saxlanılıb, əhalinin gəlirləri artıb, qeyri-neft sektorunun, regionların inkişafına vəsait qoyuluşu davam edib, nəzərdə tutulan bütün proqramlar maliyyələşdirilib. Onun sözlərinə görə, sosial sahəyə ayrılan vəsaitlər artırılıb: “Keçən il icmal büdcənin gəlirləri 14,4 faiz çox olub, proqnozlaşdırılandan 2,3 dəfə çox büdcə profisiti əldə edilib. Dövlət büdcəsinin gəlirləri isə ümumdaxili məhsulda 32 faizə çatıb”.

Samir Şərifov qeyd edib ki, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi ilə dövlət başçısının imzaladığı fərmana uyğun olaraq Bakı, Naxçıvan və Xırdalan şəhərlərində 2012 –ci ilin 4 ayında 187 mənzil alınıb. 2012-ci ildə müdafiə xərclərinə 2 milyard 899 milyon manat yönəldilib. Keçən il elm, səhiyyə, mədəniyyət obyektlərinin tikintisinə 1 milyard 451 milyon manat sərf olunub. Naxçıvanda investisiya xərclərinin maliyyələşdirilməsinə 130 milyon manat ayrılıb. Dövlət Neft Fondundan daxil olan vəsaitlərdən qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 300 milyon manat xərclənib.

 

Hesablama Palatasının sədri Heydər Əsədov 2009-cu ildən sonra ilk dəfə 2012-ci ilin son rübündə iqtisadi artım 0,2 faiz aşağı düşüb. Onun sözlərinə görə, Avropa ölkələrində iqtisadi inkişaf tempi 0,5 faiz aşağı düşüb: “Ümumilikdə, keçən il büdcə parametrləri üçün münbit il olmayıb. Azərbaycanda fərqli hal müşahidə olunur. Ölkədə ümumdaxili məhsulun artım tempi özünü saxlayıb. Keçən il neft gəlirləri azalmasına baxmayaraq, büdcə gəlirləri artıb. Bu, yürüdülən kursun alternativsiz olduğunu göstərdi. İdarələrin saxlanılması üzrə 20 milyon manata qənaət olunub. Aktivlərin alınmasına 13 milyon manat.

Heydər Əsədov vurğulayıb ki, büdcə kəsiri 134 milyon manatdır ki, bu da nəzərdə tutulandan azdır: “Büdcə kəsirlərinin örtülməsi mənbələri daxili mənbələr olub. Büdcə xəzinəsində qalan vəsaiti nəzərə alsaq, deməli, büdcə kəsrlə yox, profisitlə yerinə yetirilib. Ona görə də Hesablama Palatası layihəyə müsbət rəy verib”. 

 

 

 Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806
avatar

Oxşar yazılar