Həkimi Rauf Babayevin vəziyyətndən danışdı:<span style="color:red;"> "Ona sakitlik lazımdır"
08 avqust 2014 12:25 (UTC +04:00)

Həkimi Rauf Babayevin vəziyyətndən danışdı: "Ona sakitlik lazımdır"

“Rauf Babayev beyin qan dövranının pozğunluğu ilə əlaqədar dünən institutumuza gətirilib. Axşam üstü bütün lazımi tədbirlər görülüb. Bu gün vəziyyəti dünənə nisbətən yaxşılaşıb”.

 

Bunu Lent.az-a Elmi - Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professoru Adil Baxşəliyev deyib. O bildirib ki, R. Babayev hazırda reanimasiyadadır: “Onu reanimasiyada ayrıca palatada yerləşdirmişik. Xüsusi nəzarətdədir.Birinci gün qərar verəcəyik. Ailə üzvləriylə də danışmışıq. Huşu tam özünə gəlsə, bəlkə ev şəraitində müalicəsinə davam etdirdik. Olmasa, 1 nömrəli Klinik Xəstəxananın Nevrologiya bölməsinə keçirəcəyik”.

 

Professorun sözlərinə görə, xəstəyə hazırda tam sakitlik lazımdır: “Dəyərli insan Rauf Babayev artıq on ildən artıqdır ki, bizim həm dostumuz, həm də xəstəmizdir. Bir neçə dəfə bizim xəstəxanamızda müalicə alıb. Miokard infaktı keçirib. Xaricdə müayinə aparıldıqdan sonra ürəyində cərrahiyyə aparılıb. Hazırda telefonla danışmaq olmaz. İki gün ona vaxt verin. Birinci növbədə ona sakitlik lazımdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar