Hava yağmursuz olacaq
28 oktyabr 2013 12:25 (UTC +04:00)

Hava yağmursuz olacaq

Bakı və Abşeron yarımadasında oktyabrın 29-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent. az-a verilən məlumata görə, cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 Havanın temperaturunun gecə 9-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraitinin üstünlüyü və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar