Hava yağıntılı olacaq
18 fevral 2013 12:42 (UTC +04:00)

Hava yağıntılı olacaq

Fevralın 19-20-də ölkə ərazisində havanın arabir yağıntılar olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 5-9 dərəcə isti olacağı proqnozlaşdırılır.

 

Azərbaycanın rayonlarında fevralın 19-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-5, gündüz 6-11 dərəcə  isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı proqnozlaşdırlır.

 

Fevralın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757

Oxşar yazılar