Hava limanı qovşağında ağacəkmə kompaniyası
27 aprel 2013 14:44 (UTC +04:00)

Hava limanı qovşağında ağacəkmə kompaniyası

Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə  Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən silsilə tədbirlər keçirilir. ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlərin davamı olaraq aprelin 26-da hava limanı qovşağında növbəti ağacəkmə kompaniyası keçirilib. İməcilikdə Cəmiyyətin  250-ə yaxın əməkdaşının iştirakı ilə əkinə hazırlanmış ərazidə  5000 ədədə yaxın sərv, eldar şamı, zeytun və digər ağaclar əkilib. Ağacəkmə kampaniyasının aqrotexniki qaydalara uyğun keçirilməsi üçün 20-yə yaxın maşın və texnika cəlb olunub. Əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub. 

Qeyd edək ki, kompaniyada “Azəryolservis” ASC-in sədri Cavid Qurbanov da iştirak edib və bir neçə ağac əkib. Məlumat verilib ki, təkcə 2011-2012-ci illər ərzində 14,8 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində mövcud olan müxtəlif növ ağac və kol bitkilərindən 269236 ədədi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 142950 ədəd ağac və kol bitkiləri yetişdirilir. 

Cari ilin yaz əkini mövsümündə 90 min ədəd ağacın əkilməsi nəzərdə tutulub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509
avatar

Oxşar yazılar