Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə, martın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15, bəzi yerlərdə 17 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3-8, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Martın 8-dən 10-dək Abşeron yarımadasında nisbətən sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.