Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 12-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava gündüz əksər rayonlarda əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.