Hadi Rəcəbli: “Aeroportdan enən kimi dərhal libasını dəyişir...”
27 mart 2013 17:10 (UTC +04:00)

Hadi Rəcəbli: “Aeroportdan enən kimi dərhal libasını dəyişir...”

“Təəssüflər olsun ki, bizdə də bəzən  geyim məsələsində əndazəni hədsiz şəkildə aşırlar”

 

“Cənubi Koreyada olduğu kimi, Azərbaycanda da insanların, xüsusilə, qadınların geyiminə qarışmaq, burada  qanunla, qərarla hansısa  qadağa və məhdudiyyətlər qoymaq qəti mümkün deyil”.

Lent. az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli söyləyib.

Hadi Rəcəbli deyib ki, ümumiyyətlə, insanların yeməkdən, geyimdən istifadə qaydalarına qarışmaq olmaz və bu, yolverilməzdir: “Ruslarda belə bir məşhur misal var ki, qadağan olunmuş nə varsa, hamısı dadlıdır. Yaxud İranda qadınlar hicabdan-çarşabdan istifadə edirlər, ancaq onlardan hər hansı biri Azərbaycana gələn, aeroportdan enən kimi dərhal libasını dəyişir, çarşablarını atır. Yəni demək istəyirəm ki, bu elə bir məsələdir ki, ona qarışmaq, onu məhdudlaşdırmaq, hansısa qadağa qoymaz olmaz, çünki dərhal əks nəticəsini verər. Azərbaycan da müasir, sivil ölkədir, dünyaya inteqrasiya yolunu tutub. Burada belə bir məsələnin tətbiqi qəti mümkün deyil. Ancaq çox təəssüflər olsun ki, bizdə də bəzən  geyim məsələsində milli adət-ənənədən, mentalitetdən kənara çıxma, əndazəni hədsiz şəkildə aşma halları olur. Bəzən dəb xatirinə nə gəldi geyinirlər. Bunun üçün də analar öz qızlarına düzgün təlim-tərbiyə verməli, düzgün yol göstərməlidirlər ki, əndazəni aşmasınlar. Amma bir daha qeyd edirəm ki, Cənubi Koreyadakı məsələnin Azərbaycanda tətbiqi qəti şəkildə mümkün deyil və bu, ola da bilməz” .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696
avatar

Oxşar yazılar