Azərbaycan türklərinin milli-mədəni fəaliyyətinə qarşı Tehran hakimiyyətinin təpgiləri davam edir.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, bu yaxınlarda müvəqqəti azadlığa buraxılan milli-mədəni ictimai-fəal Bəhmən Xaliqinin Binab şəhərində yerləşən kitab mağazasının lisenziyası ləğv edilib.
İranın uyğun qurumları əsas göstərmədən, qanunsuz olaraq, onun yeganə dolanışıq mənbəyini bağlayıb.
Qeyd edək ki, Bəhmən Xaliqi bir müddət öncə Güney Azərbaycanın Marağa şəhərində İran-Ermənistan əlaqələrinə etiraz əlaməti olaraq, keçirilən etiraz aksiyasında tutulub. Bir müddət ETTELAAT-ın Təbrizdəki təcridxanasında işgəncəyə məruz qalaraq, saxlanılıb. Oradan isə Marağaya köçürülüb.
O, hazırda mülk vəsiqəsini girov qoymaqla zamindədir.