Göyçayda qanvermə aksiyası
21 avqust 2013 21:47 (UTC +04:00)

Göyçayda qanvermə aksiyası

Göyçay rayonunda növbəti dəfə qanvermə aksiyası keçirilib. APA-nın məlumatına görə, Göyçay Mərkəzi Rayon Xəstəxanasında keçirilən xeyriyyə aksiyasına səhiyyə və təhsil işçiləri, rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və gənclər qoşulublar.

 

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə B. Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə qan vermək istəyən vətəndaşları müayinə edib və onlara müəyyən məsləhətlər verərək qanverməyə hazırlayıblar. Könüllü qan vermək üçün xəstəxanaya müraciət edən 150 nəfərdən ümumilikdə 60 litr qan götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596
avatar

Oxşar yazılar