“Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənclərin məlumat bazası artıq yaradılıb ”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazir qeyd edib ki, məlumat bazanın yaradılması “2011-2015-ci illərdə Azərbaycan gəncliyi” Dövlət Proqramının vacib hissəsidir. “Dövlət Proqramı bütün sahələri əhatə edir. Proqramının icrası gənclərlə bağlı bütün məsələləri həll edəcək”.
Nazir İKT İli çərçivəsində görüləcək işlərdən də danışıb. O bildirib ki, bununla əlaqədar kompüter oyunları müsabiqəsi və çempionatı, intellektual oyunları keçiriləcək.