Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanları artırılır
12 aprel 2013 16:10 (UTC +04:00)

Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanları artırılır

Bu gün Park İnn mehmanxanasında Gənclər üçün Təhsil Mərkəzinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Gənclərin beynəlxalq əməkdaşlığı üzrə dəstək mərkəzinin yaradılması” layihə çərçivəsində gənclər təşkilatları üçün “Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq layihələri” mövzusunda seminar təşkil edilmişdir. 

 

Silsilə xarakter daşıyan seminarım əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanlarının artırılmasına, regional və beynəlxalq layihələrdə təmsil olunmasına köməklik göstərməkdir.

 

30 gənclər təşkilatının qatıldığı seminarda Avropa Birliyinin “Gənclər fəaliyyətdə” proqramının gənclərə verdiyi imkanlar, tərəfdaşların tapılması, layihələrlə bağlı müraciətlərin hazırlanması və digər məsələlər haqqında məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

Seminar Avropa Birliyinin “Gənclər fəaliyyətdə” proqramının Azərbaycan üzrə informasiya təmsilçisi Həmid Qasımov və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov tərəfindən keçirilmişdir.

 

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi layihə çərçivəsində gənclər təşkilatları üçün beynəlxalq əməkdaşlığın qurulması üzrə məsləhət xidməti də yaratmışdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521
avatar

Oxşar yazılar