Gənclər günü ilə bağlı layihə hazırlanır
29 yanvar 2013 16:09 (UTC +04:00)

Gənclər günü ilə bağlı layihə hazırlanır

Azərbaycan Televiziyası və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri, tanınmış musiqiçi Ramil Qasımov 2 fevral - Gənclər günü ilə əlaqədar yaradıcı gənclərlə birlikdə xüsusi layihə təqdim edəcəklər. Musiqiçinin Lent.az-a verdiyi məlumata görə, layihənin quruluşçu rejissoru əməkdar incəsənət xadimi, AzTV-nin bədii rəhbəri Etibar Kamaloğludur. Ramil Qasımov bildirib ki, sözügedən layihədə Azərbaycanın istedadlı gəncləri yer alacaq, müxtəlif sahələrdə uğur əldə etmiş gənclər nailiyyətlərindən söhbət açacaqlar.

 

Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahid, Kərəm Əkbər, Nərminə Nağıyevanın xüsusi olaraq bu layihə üçün yazdıqları “Azərbaycan gəncləri”, “Bizim gənclik” mahnıları ilk dəfə olaraq tamaşaçılarına təqdim ediləcək. Hazırda layihə üzərində qızğın işlər gedir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730
avatar

Oxşar yazılar