Gənclər Evinin hesabatı dinlənəcək
30 iyul 2013 17:45 (UTC +04:00)

Gənclər Evinin hesabatı dinlənəcək

 

 

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq yaradılmış Gənclər Evi ilk hesabatını təqdim edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə,  “Dünya Türk Gəncləri Birliyi” İctimai Birliyi Gənclər Təşkilatları Milli Şurası və “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birlikdə Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi” Gənclik Sosial İnkişaf Proqramı (Gənclər evi) layihəsini həyata keçirməyə başlayıb. Yaşı 17-dən 28-ə qədər olan gənclərin mədəni, elmi, bədii və fərdi inkişaflarına kömək etmək məqsədi daşıyan layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

 

2012-ci ilin oktyabr ayından 2013-cü ilin aprel ayına kimi keçən yeddi aylıq dövrdə Gənclər Evinin əsas fəaliyyəti gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, gənclər və onların təşkilatları üçün müvafiq xidmətlərin göstərilməsi ilə əlaqədar olub.

 

Bu çərçivədə ödənişsiz olaraq marketinq, media, təlimçi təlimi, liderlik, ingilis, fransız, alman, rus dilləri, kompüter və kompüter təlimçi kursları,  “Gənc korneqiçilər” klubu, “Qadın hüquqları” mövzusunda seminarlar və Ofis Menecer Asistant stajı üzrə praktika proqramları fəaliyyət göstərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar