Silahlı Qüvvələrin yeni yay və qış geyim formaları təqdim olundu
20 dekabr 2014 18:44 (UTC +04:00)

Silahlı Qüvvələrin yeni yay və qış geyim formaları təqdim olundu

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Gəncə şəhərində Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdən əvvəl  Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib.

Toplantıda çıxış edənlər ölkəmizdə həyata keçirilən irimiqyaslı ordu quruculuğu işləri, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev n orduya diqqət və qayğısı, Müdafiə Nazirliyi rəhbərliyinin məqsədyönlü fəaliyyətini xüsusi qeyd ediblər.

Bildirilib ki, son vaxtlar şəxsi heyətin maddi və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində işlər uğurla davam etdirilir, ordunun keyfiyyətli əşya və ərzaqla təminatına göstərilən qayğı sayəsində bu sahələrdə mühüm uğurlar qazanılır.

Hərbi hissələrdə müasir tələblərə cavab verən məişət şəraiti, hamam-camaşırxana xidməti təşkil olunub və yeni komplekslərin inşası davam etdirilir, hərbi qulluqçuların geyimlə, keyfiyyətli ərzaqla daha yüksək səviyyədə təmin edilməsi üçün yeni müvafiq qaydalar, normativlər qəbul edilib.

Toplantıda Silahlı Qüvvələrin yeniləşmiş yay və qış geyim formaları, yataq dəstləri, mobil səhra camaşırxanası, hamam, ərzaq təchizatındakı yeniliklər nümayiş etdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217

Oxşar yazılar

Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI

13 iyul 2025 , 14:29