Gəncədə “Əli və Nino” abidəsi ucaldılacaq
08 oktyabr 2015 18:32 (UTC +04:00)

Gəncədə “Əli və Nino” abidəsi ucaldılacaq

 

Gəncəçayın sağ sahili boyunca 1,2 km uzunluğunda əraziyə salınan bulvarda tamamlama işləri aparılır. Lent.az-ın ganjanews.az saytına istinadən məlumatına görə, çay yatağından istifadə edərək süni göl yaradılır. Bəndvurma və çayın məcrasının yenidən bərpası işləri Mirzə Abbas Abbaszadə küçəsindən Nizami Gəncəvi prospektinə kimi olan ərazisinin sağ hissəsini əhatə edir.

 

Azərbaycanda ilk dəfə olaraq Gəncə şəhərində salınan bulvar kompleksi ərazisində “Əli və Nino” heykəli ucaldılır. Memarlar abidənin dünya memarlığında bir ilk olacağını bildirirlər. Gəncəçayın sağ sahilində salınan “Əli və Nino” memarlıq abidəsində hazırda beton - konstruksiya işləri aparılır. “Əli və Nino” heykəllərinin hündürlüyü 3.5 metr olacaq. Kompleksdə işlərin bu ilin sonuna kimi tam başa çatdırılması nəzərdə tutulub.

 

Heykəl iki alovun yanması anlamını verəcək. Sonrakı mərhələdə isə “Əli və Nino” tərənnüm olunur. Heykəlin ətrafında süni tüstü effektləri veriləcək ki, sanki bunların eşqləri səmada uçur. Dünya memarlığında ilk dəfə Gəncədə abidədə vizual bir görüntü yaradılacaq. Abidənin ətrafında 3 fəvvarə quraşdırılır. Fəvvarələr də vizual olaraq göz yaşlarını xatırladacaq. Layihəyə görə, “Əli və Nino” heykəli Şərq üslubunda olmasına baxmayaraq modern formada olacaq. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar