Gəncə-Moskva aviareyslərinin sayı artırıla bilər
12 dekabr 2017 03:30 (UTC +04:00)

Gəncə-Moskva aviareyslərinin sayı artırıla bilər

Rusiyanın “Utair” aviaşirkəti Moskva-Gəncə marşrutu ilə uçuşların sayının artırılması üçün icazə alıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda məlumat verilir.

 

Aviaşirkət reyslərin sayını həftədə 5-dən 7-dək artıracaq.

 

Eyni zamanda, analoji müraciət edən “Uralskie avialinii” aviaşirkətinin təklifi qəbul edilməyib.

 

Qeyd edək ki, “Utair” aviaşirkəti 2016-cı ilin martından Moskva-Gəncə reyslərini həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar