Gəlirlər artır...
15 mart 2013 16:47 (UTC +04:00)

Gəlirlər artır...

2013-cü ilin ilk iki ayında  ölkə əhalisinin hər bir nəfərinin gəliri orta

hesabla 4.4 faiz artaraq 517.6 manata çatıb. Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Gəlirlərin 72.2 faizi son istehlaka, 10.0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 15.8  faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

 Yanvar ayı ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı

2012-ci ilin müvafiq dövründə olduğu ilə müqayisədə 8.1 faiz artaraq 398.1 manat

təşkil edib.

Gəlirlərin artması ilə yanaşı əhalinin istehlak mallarına olan tələbatı da yüksəlir

və bu onların istehlak bazarından aldıqları əmtəənin həcminin durmadan artmasında

özünü büruzə verir. İki ay ərzində əhali istehlak bazarından 2847.5 milyon manatlıq

istehlak malları alıb və göstərilmiş xidmətlərin müqabilində 943.4 milyon manat

ödəyiblər. 2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə əmtəə dövriyyəsi 8.8 faiz,

o cümlədən ərzaq məhsullarının satışı 2.1 faiz, qeyri-ərzaq mallarının satışı 18.6 faiz,

pullu xidmətlərin həcmi 7.2 faiz artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar