Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102-ci sessiyasında iştirak etmək üçün Cenevrəyə gedib. Bu barədə Lent.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sessiyada demoqrafik və ətraf mühit dəyişikliklərinin əmək münasibətləri, əmək bazarında sabitliyin qorunub saxlanılması üçün sosial partnyorluq imkanlarının inkişaf etdirilməsi, habelə məcburi uşaq əməyinin bütün formalarının aradan qaldırılması sahəsində əsrin çağırışları müzakirə olunur.
Səfər çərçivəsində nazir Füzuli Ələkbərovun BƏT-in Baş direktoru Qay Rayder və təşkilatın digər rəhbər şəxsləri, sessiyada iştirak edən bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və sosial tərəfdaşlarla ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.