UEFA Fransada 2016-cı ildə keçiriləcək Avropa Futbol Çempionatı zamanı siqaret qadağası tətbiq ediləcək.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, matçlar zamanı stadion içində və ətrafında siqaret çəkilməsi qadağan edilib.
UEFA-ın açıqlamasında gələn il 10 iyun-10 iyul tarixlərində Fransada baş tutacaq bu oyunlar zamanı könüllülərin, mühafizə xidmətçilərinin insanları bu qadağa ilə bağlı məlumatlandırmalı olduqlarını da bildirib.
Turnirdə xidmət edəcək 6500 könüllü UEFA “Siqaretə yox!” adlı proqramına qatılacaq.
Qadağının təyin edilməsində əsas məqsəd gənclərə nümunə olmaq, futbolçu və işçiləri passiv siqaret istifadəsinin zərərlərindən qorumaq və baş verə biləcək hər hansı bir yanığın halının qarşısını almaqdı.