Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye öz nümayəndə heyəti ilə Ali Neft Məktəbində olub. Bu barədə Lent. az-a məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Rektor Elmar Qasımov məktəb haqqında qonaqları məlumatlandırıb. Tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlərdən danışıb.
Səfir Paskal Mönye bildirib ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq günü-gündən inkişaf etməkdədir. O, Ali Neft Məktəbi ilə “Total E&P Azərbaycan” şirkəti arasında yaranan əməkdaşlıqdan məmnunluğunu diqqətə çatdırıb və hər cür əməkdaşlığa hazır olduğunu bildirib.