Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov iyulun 30-da Gəncə şəhərində vətəndaşlarla görüşəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda Gəncə və Naftalan şəhərlərində, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Xocalı, Kəlbəcər rayonlarında yaşayan məcburi köçkünlərin ədliyyə və məhkəmə müraciətlərinə baxılacaq. Vətəndaşların qəbuli saat 11:00-da Gəncə regional ədliyyə şöbəsində (ünvan: Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi) keçiriləcək.