FHN Bakıdakı dəhşətli avtobus qəzası ilə bağlı məlumat yaydı
10 iyul 2013 11:02 (UTC +04:00)

FHN Bakıdakı dəhşətli avtobus qəzası ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda baş verən dəhşətli avtobus qəzası ilə bağlı rəsmi məlumat yayıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün Bakı şəhəri, Xəzər rayonunda “Daewoo” markalı avtobus, “KİA” və “BYD” markalı iki minik avtomobili toqquşub.

 

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı avtomobilin sürücüsü - 1983-cü il təvəllüdlü Famil Yahya oğlu Adıgözəlov və 2 nəfər sərnişini hadisə yerində ölüb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Cəsədlər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:44-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

# 1606
avatar

Oxşar yazılar