Ötən il Fövqəladə Hallar Nazirliyi (FHN) respublikada 1121 obyektdə tikinti işlərini müvəqqəti dayandırıb.
APA-nın məlumatına görə, bu barədə Nazirlə Kabinetindən Milli Məclisə göndərilən 2012-ci ilin hesabatda qeyd olunub. Məlumata görə, nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikintidə mövcud qanunvericiliyin tələblərinin təmin edilməsinə, tikinti obyektlərinin təhlükəsizlik, tikinti norma və qaydalarına əməl olunması nəzarət sahəsinə işlər davam etdirilib.
Belə ki, 2326 obyektdə texniki və vizual baxış keçirilib, onlardan 1370 obyektə qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib, 1121 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib.