2013-cü ilin fevral ayında ərzaq məhsullarının qiymətləri 1 faiz bahalaşıb. Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Unun, qarabaşaq yarmasının, makaronun, mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, göyərtinin, çuğundurun, kökün, kartofun qiymətlərində ucuzlaşma, düyünün, manna yarmasının, çörəyin, vermişel və spaqettinin, toyuq ətinin, kolbasa məmulatlarının, pasterizə olunmuş üzlü südün, xamanın, pendirin, bitki yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, şabalıdın, kələmin, xiyar və pomidorun, bibərin, sarımsağın qiymətlərində bahalaşma müşahidə olunub.
Ərzaq və qeyri-ərzaq mallarının qiyməti bahalaşıb
917