Vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə iyunun 6-dan başlayan test imtahanı mərhələsinin ilkin nəticələri açıqlanıb. Lent.z-ın Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, 94 dövlət orqanında 1011 vakansiyaya 6114 nəfər sənəd verib. İyulun 5-dək müsabiqənin test imtahanlarında 3019 nəfər iştirak edib.
Onlardan 982 nəfəri test imtahanında uğur əldə edib. Onlardan 716 nəfəri iddia etdiyi vəzifəyə keçib. Amma 266 nəfəri lazım olan 75 balı toplaya bilməyib. 70-75 bal arası nəticə göstərən həmin şəxslər müsahibələrdə iştirak etmək hüququ qazanıb.
Ən çox namizəd qeydə alınan dövlət orqanları Ekologiya və Təbii Sərvətlər, Təhsil, İqtisadi İnkişaf nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olub.