Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov işdən azad edilib.
Bu barədə Lent.az-a İdarədən bildirilib. Ə. Cəfərov bir müddət əvvəl tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədov daha bir kadr dəyişikliyi edib. Lent.az-ın əldə etdiyi məlumata görə, nazirliyin ”Bakı Sərnişin Nəqliyyatı" MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi Rövşən Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Elmixan Hacıyev təyin olunub.