Azərbaycanda əlillik təyin edilmə halları azalıb
16 iyul 2015 14:28 (UTC +04:00)

Azərbaycanda əlillik təyin edilmə halları azalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) cari ilin birinci yarımilində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (DTSERX) yaradılmasının hesabat dövrünün ən mühüm tədbiri olduğunu və bunun müvafiq sahədə idarəetmə sisteminin daha səmərəli təşkilinə, müsbət keyfiyyət dəyişikliyinə imkan yaratdığını vurğulayıb. DTSERX-nin rəisi İlqar Qurbanov iclasda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların ekspertizası və reabilitasiyası işinin səmərəli təşkili, bu sahəyə nəzarətin artırılması yönündə Xidmətin həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, həmçinin Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də söz açıb, ötən ilin ortalarından etibarən artıq 26 TSEK-in əhaliyə müasir tələblərə uyğun xidmət göstərilməsi üçün yeni iş şəraiti ilə təmin edildiyini bildirib.

 

ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev deyib ki, bu dövrdə tam reabilitasiya 3,2%, hissəvi reabilitasiya isə 2,6% təşkil edib. İlkin əlillərə müddətsiz əlillik təyin edilməsi halları son 6 ayda 11,8% azalıb. Hesabat dövründə müsbət göstəricilərdən biri kimi, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş şəxslərin sayı da 2639 nəfər azalıb. Son 6 ayda əlilliyi olan şəxslər ümumilikdə 16,4 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, 908 ədəd əlil arabası, 216 ədəd eşitmə aparatı ilə təmin edilib. ƏƏSMN-nin Əlillərin Bərpa Mərkəzlərində 3000 nəfər əlilliyi olan şəxsə bərpa müalicə xidməti göstərilib. Hazırda bu mərkəzlərin bir çoxunda əsaslı təmir işləri aparılır və təmir işlərindən sonra onlarda sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün müvafiq şərait yaradılacaq. Cari il iyulun 1-dən müvafiq məlumatların TSEK-lər tərəfindən aidiyyəti dövlət qurumlarına elektron qaydada ötürülməsi təmin edilir ki, bu da müvafiq sahədə kağız daşıyıcılarından imtinaya, məlumatların ötürülməsində operativliyin təmin edilməsinə və məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə imkan yaradır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Oxşar yazılar