Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Tovuzda 7 rayonun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək. Fonddan Lent.az-a verilən məlumata görə, qəbulda Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarının sakinləri iştirak edəcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34 Tovuz rayon şöbəsində (02231) 5-00-40 Qazax rayon şöbəsində (02229) 5-27-96 Ağstafa rayon şöbəsində (02222) 5-26-12 Şəmkir rayon şöbəsində (02230) 5-30-33 Gədəbəy rayon şöbəsində (02232) 6-00-93 Göygöl rayon şöbəsində (02220) 5-23-77 Daşkəsən rayon şöbəsində (02221) 5-52-42 Qəbulda iştirak edəcək vətəndaşların iyulun 30-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Tovuz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.