Əlillər istirahət mərkəzlərinə göndərildi
13 iyun 2013 13:50 (UTC +04:00)

Əlillər istirahət mərkəzlərinə göndərildi

Əlillərin asudə vaxtının təşkili məqsədi ilə 60 nəfər Qəbələdə, 40 nəfər isə Lənkəran rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Bu ilin may ayından həyata keçirilən bu tədbirlər çərçivəsində indiyədək 180 nəfər  Qəbələdə və 120 nəfər Lənkəranda 10 gün istirahət edib.

Qeyd edək ki, Bakı, Sumqayıt və Abşerondan istirahətə göndərilən əlillərin istirahət və sağlamlıq mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar