Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edildi
Ə.N.Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb.
Lent.az Azərtac-a istinadən bildirir ki, sərəncamda bunlar qeyd olunub:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin".
4691