Əli Həsənov həbsdə olan jurnalistlərdən danışdı
11 iyul 2013 10:43 (UTC +04:00)

Əli Həsənov həbsdə olan jurnalistlərdən danışdı

“Həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı təşəbbüs yoxdur. Əgər belə bir təşəbbüs olarsa, buna baxıla bilər”. Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov həbsdə olan mətbuat işçilərinin azadlığa buraxılmasına dair sualı cavablandırarkən deyib.

 

Ə. Həsənov bildirib ki, bəzi jurnalistlərin, mətbu orqanların üzərində məhkəmə qərarları var: “Bunu qurultayla əlaqələndirməyə ehtiyac yoxdur. İndiyə qədər məhkum olunan jurnalistlərin əksəriyyəi əfv olunub. Arzu edək ki, həbsdə olan jurnalistlərin qapısı açıq olsun, onlar həbsdən azad olunsunlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894

Oxşar yazılar