Əli Həsənov: “Heç bir QHT deyə bilməz ki…”
16 aprel 2013 20:14 (UTC +04:00)

Əli Həsənov: “Heç bir QHT deyə bilməz ki…”

“Azərbaycan dövləti birəmnalı olaraq vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri dəstəkləyir”.

 
Lent.az-ın verdiyi məlumata görə, bunu Prezident Administrasiyasnın İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illiyi münasibətilə keçirilən mərasimdə söyləyib.
 
Əli Həsənov deyib ki,  dövlət vətəndaş təşəbbüslərini dəstəkləyir. O bildirib ki, QHT-lərin potensialından Azərbaycanın maraqlarının xaricdə qorunması və təmin olunması istiqamətində istifadə edilir. Əli Həsənov qeyd edib ki,  bu yaxınlarda Şura xaricdəki QHT-lərin layihələrin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edəcək və bu, çox mühüm hadisədir: “Bəs vətəndaş təşəbbüslərinin nəzərə alınması necə olur? Bizi vətəndaş hüquqlarının pozulmasında ittiham edənlərin də nəzərinə bunu çatdırmalıyıq. Bizi tənqid edən müəyyən QHT-lər, islamafobiyaya tutulmuş QHT-lər var. Onlar bəlli dövlətlərin, güclərin maraqlarını yerinə yetirərək müəyyən dövlətlərə qarşı təbliğat aparırlar. Şuradan qrant almış heç bir QHT deyə bilməz ki, Azərbaycan hakimiyyətindən sifariş alıb”. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521
avatar

Oxşar yazılar