Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən may ayının 8-də Bərdə rayonunda (Bərdə, Ağdam, Yevlax, Tərtər, Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Füzuli rayonlarının sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.
Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
Qeyd edək ki, nazir Əli Abbasovun il ərzində digər bölgələrdə də vətəndaşlarla görüşləri planlaşdırılıb.