Elektron viza sisteminin tətbiqinə başlanıldı
16 may 2013 11:18 (UTC +04:00)

Elektron viza sisteminin tətbiqinə başlanıldı

"Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" prezident sərəncamının icrası təmin edilib. Artıq martın 15-dən elektron viza sisteminin tətbiqinə başlanılıb. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bununla bağlı Dövlət Sərhəd Xidmətinin, Xarici İşlər Nazirliyinin, "Risk" şirkətinin və elektron viza sistemindən istifadə edən turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə elektron viza üçün sənədlərin qəbulu üzrə "Risk" şirkətinin nümayəndələri tərəfindən sistemin təqdimatı olub. Eyni zamanda, sistemin daha operativ, maneəsiz və mükəmməl işləməsi üçün müvafiq qurumların nümayəndələri təklif və tövsiyələrini bildiriblər.
Qeyd edək ki, Azərbaycana elektron viza ilə Polşa, Koreya, Makedoniya, Yunanıstan, Böyük Britaniya, İtaliya, Almaniya, ABŞ və digər ölkələrdən turistlər gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar