Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi haqqında Əsasnamə” təsdiq edilib.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.