Ekologiyanı pozanlar cəzalandırıldı
21 fevral 2013 12:42 (UTC +04:00)

Ekologiyanı pozanlar cəzalandırıldı

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları  fevralın birinci yarısında ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı  yol verilmiş qanun pozuntularına görə 159 akt və protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 84 müddətli məcburi göstəriş verilib.

 
Ümumilikdə, 23 iş üzrə 19677 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 303527,53 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 164 iş üzrə 33005,79 manat məbləğində ödəmə tətbiq edilib.  Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qruplarına 8, məhkəmələrə isə 2 iş göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar