“İyul ayının 5-dən etibarən Azərbaycanda havanın temperaturu getdikcə aşağı düşəcək. Ayın 6, 7, 8-də də havanın temperaturu iqlim norması daxilində tərəddüd edəcək. Həmin günlər ərzində arabir güclənən şimal –qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir”.
Bu barədə lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
U.Tağıyeva əlavə edib ki, yay fəslində yaşayırıq və iyul ayının digər ongünlüklərində də, avqust ayında da yenidən qızmar istilər müşahidə oluna bilər. İyulun 3 və 4-də isə anomal hava şəraiti davam edəcək.