<b>Azərbaycan əhalisinin sayı 1,4 dəfə artacaq -</b> <span style="color:red;">2050-ci ildə
29 mart 2017 11:51 (UTC +04:00)

Azərbaycan əhalisinin sayı 1,4 dəfə artacaq - 2050-ci ildə

“Son illərdə müşahidə olunan demoqrafik meyllərə əsasən Azərbaycan Respublikasında əhali sayının artımı davam edəcək”.

 

Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov deyib.

 

S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir: “Bununla yanaşı, əhalinin ümumi sayında 0-14 yaş qrupunda olanların payının 9,6 faiz azalması, 15-64 yaş qrupunda 5 faiz, 65 və yuxarı yaşlarda əhalinin sayının isə 3,5 dəfəyədək artması proqnozlaşdırılır”.

 

S.Müslümov bildirib ki, beləliklə, ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanılması və əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2 faizdən 2050-ci ildə 22 faizə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin 63-ə qədər artmasını sərtləndirəcək və əmək, məşğulluq, sosial təminat, xüsusilə təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişikliklərin olunmasını zəruri edəcək.

 


Nazir qeyd edib ki, Azərbaycan hökuməti pensiya qanunvericiliyində edilən dəyişiklərlə artıq bu prosesə start verib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar