Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bugünkü iclası yekunlaşıb. Komissiyanın üzvü Rəşad Məcidovun Lent.az-a veridiyi məlumata görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.
Qeyd edək ki, indiyədək keçirilən iclaslarda 400-ə yaxın müraciətə baxılıb. Komissiyanın iclasları yekunlaşandan sonra Novruz bayramı ərəfəsində əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.