“Hər ay Ombudsman Aparatına əfvlə bağlı müraciətlər daxil olur ki, biz də onu Prezident yanında Əfv məsələləri komissiyasına göndəririk”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.
O qeyd edib ki, əfvlə bağlı yeni sərəncamının verilməsinə ümidlidir: “İstənilən halda bu, prezidentin səlahiyyətlərinə aiddir. Biz qəbul etdiyimiz müraciətləri yalnız təklif formasında verə bilərik”.
E.Süleymanova həbsdə olan tanınmışlardan konkret kimlə bağlı ona müraciət olunması barədə açıqlama verməyib.