Əflatun Amaşov veteran jurnalistlərlə görüşdü
19 iyul 2014 17:28 (UTC +04:00)

Əflatun Amaşov veteran jurnalistlərlə görüşdü

Bu gün Azərbaycan Mətbuat Şurasında veteran jurnalistlərlə görüş keçirilib. Lent.az-ın məlumatına görə, MŞ-nın Ahıl Jurnalistlər Məclisinin xətti ilə təşkil olunan və Milli Mətbuat Gününə həsr olunmuş tədbiri Şura sədri Əflatun Amaşov açıb. O, veteran qələm sahiblərinin mətbu irsimizin zənginləşməsindəki rolunun böyük olduğunu vurğulayıb və onların əməyinin qiymətləndirilməsi sahəsində görülən işlərin rəhbərlik etdiyi qurumun daim diqqət mərkəzində dayandığını deyib.

 

MŞ-nın Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tədbir zamanı öz fikirlərini bölüşüblər.

 

 

Görüşün sonunda ahıl jurnalistlərə Azərbaycan Mətbuat Şurasının bayram hədiyyələri təqdim olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar