Əflatun Amaşov diffamasiyadan danışdı
11 iyul 2013 11:25 (UTC +04:00)

Əflatun Amaşov diffamasiyadan danışdı

“Son illər Azərbaycan cəmiyyətində ən çox söhbət açılan mövzulardan biri də diffamasiyadır. Diffamasiyanın dekriminallaşdırılması ilə bağlı ardıcıl müzakirələr gedir”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlırin VI qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, ümumən Azərbaycanda diffamasiya haqqında qanunun olması zərurəti istər ictimai, istərsə də rəsmi səviyyədə kifayət qədər dərk edilir: “Lakin müzakirələrdə cəmiyyətin qanunun qəbuluna hazır olmadığı ilə bağlı fikirlər də səslənir. Əksini iddia edənlər də var. Mövcud durumda hər iki qütbün düşüncələrinin geniş və sistemli şəkildə ifadə olunmasına, onların bütövlükdə cəmiyyətin mənafeləri nöqteyi-nəzərdən uzlaşdırılmasına ehtiyac duyulur. Mətbuat Şurasının diffamasiya təşəbbüsü də məhz bundan və V qurultayın qətnaməsindən qaynaqlanır. Azərbaycan Mətbuat Şurası 2010-cu ili “Diffamasiya ili” elan etdi və buna uyğun olaraq ATƏT-in Bakı ofisi ilə birgə fəaliyyət planı həyata keçirdi. İlk olaraq 2010-cu il martın 15-də Şuranın İdarə Heyəti üzvləri və ATƏT-in Bakı ofisinin rəhbərliyi bir araya gəldi. Ölkəmizin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin də qatıldıqları toplantıda Şuranın cəmiyyətdəki yeri və rolu, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması yolları ətrafında fikir mübadiləsi aparıldı. “Diffamasiya ili”ndə diffamasiya haqqında qanunun qəbulu ilə bağlı təşəbbüslərin sürətləndirilməsi və paralel olaraq “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın təkmilləşdirilməsi ilə bağlı birgə fəaliyyətə dair razılıq əldə olundu”.

Amaşov bildirib ki, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı ətrafında təhlillər aparılıb: “Qaydaların yeni variantı qəbul olundu və bununla da Mətbuat Şurasının ATƏT-lə birgə layihəsinin birinci hissəsinə yekun vuruldu. Bu gün peşə davranışı qaydalarına dəyişikliklər də qurultayımızın müzakirəsinə təqdim olunub. Əlavə və dəyişikliklər bizlərə peşəmizə daha məsuliyyətli olmağa, dünya mediasının önəm verdiyi prinsiplərə daha həssas yanaşmağımızı təlqin edəcək. Nədir o prinsiplər? İlk nöbvədə jurnalistin şəxsi həyatla ictimai həyatı bir-birindən ayırmasının vacibliyini qeyd etmək istərdim. Hər bir şəxsin təqsirsizlik prezumpsiyasına hörmət, uşaqlar və yeniyetmələrlə bağlı materiallara, şərəf və ləyaqətin qorunmasına diqqətli yanaşılması - əslində bütün bunlar peşəkar jurnalistlərin hər birinə yaxşı məlum olan incəliklərdir ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar